Əfqanıstanda girov götürülən Hindistan vətəndaşı azad edilib

 Əfqanıstanda girov götürülən Hindistan vətəndaşı azad edilib
# 23 iyul 2016 05:43 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanda girov götürülən Hindistan vətəndaşı azad edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistan xarici işlər naziri Suşma Svarac özünün “Tvitter” səhifəsində yazıb.

“Sevinc hissi ilə bildirmək istəyirəm ki, xanım Cudit Souza azad edilib. Əfqanıstana kömək və dəstəyə görə minnətdarlığımı bildirirəm”, S.Svaric yazıb.

Kəlküttə sakini, qeyr-hökumət təşkilatının əməkdaşı olan 40 yaşlı Cudit Souza iyunun 9-da Kabildə girov götürülmüşdü. Onun necə azad edildiyi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR