Nazir: "Azərbaycanda günəş enerjisindən istifadə sürətlə artır"

Nazir: "Azərbaycanda günəş enerjisindən istifadə sürətlə artır"
# 30 sentyabr 2016 10:05 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "Azərbaycan mühafizə olunan ərazilərinin sayı son 14 ildə iki dəfə artırıb".

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Bakıda keçirilən Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı dəyirmi masada çıxışında deyib.

O qeyd edib ki, Azərbaycan bəzi ölkələrlə müqayisədə 5-6 dəfə az şirin su ehtiyatına malikdir, ölkədə Xəzər dənizindən təmiz su alınması prosesi aparılır: "Xəzər dənizinin 160 kilometr ərazisi sənaye obyektləri, insanların təsiri altındadır. Lakin biz 17 bioloji təmizləmə stansiyası quraraq tamamilə təmiz su əldə edirik. Azərbaycanda son 14 ildə prezident İlham Əliyevin dəstəyi ilə mühafizə olunan ərazilərimiz iki dəfədən çox artırıb. Bu, 480 hektardan-1 milyon hektara çatdırılıb. Kür və Araz çaylarının suyunu təmizləyib 600 minə yaxın insana çatdırırıq. Biz həm də günəş enerjisindən istifadəni sürətlə artırırıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR