Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası hər il keçiriləcək

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclası hər il keçiriləcək
# 04 iyun 2016 15:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının ildə bir dəfə iclası keçiriləcək.

APA-nın məlumatına görə, bunu Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

N. İbrahimov qurultay nümayəndələrinin bu istiqamətdə təklifinin məqbul sayıldığını açıqlayıb: “Biz bu təklifi qəbul etdik. Bu iclaslar ya Azərbaycanda, ya da xarici ölkələrdə keçirilə bilər”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün Dünya Azərbaycanlılarının IV Qurultayında yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri, N. İbrahimov isə yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının icraçı katibi seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR