Kimya üzrə Nobel mükafatçılarının adları açıqlanıb

Kimya üzrə Nobel mükafatçılarının adları açıqlanıb
# 05 oktyabr 2016 12:32 (UTC +04:00)

Bakı – APA. Bu il kimya üzrə Nobel mükafatı qaliblərinin adı açıqlanıb.

APA-nın məlumatına görə, Jan-Pyer Savaj, ser Ceyms Frezer Stoddart və Bernard Lukas Ferinqa molekulyar maşınların işlənilməsi və sintezinə görə təltif olunacaqlar.

Alimlər molekulyar maşınları tarazlıq vəziyyətindən çıxara biliblər, nəticədə onların hərəkətinə nəzarət etmək mümkün olub. Bu qurğular yeni materiallar, sensorlar və enerjinin qorunub-saxlanılması sistemləri üçün əsas götürülə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR