Rusiyada azərbaycanlı həmyerlisini qətlə yetirib

Rusiyada azərbaycanlı həmyerlisini qətlə yetirib
# 28 mart 2016 11:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Kamçatka vilayətində 38 yaşlı azərbaycanlı 48 yaşlı həmyerlisini bıçaqlayaraq qətlə yetirib.

APA-nın “Arqumenti i faktı” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Kamçatka vilayət istintaq idarəsi məlumat yayıb.

İstintaqın versiyasına əsasən martın 24-də axşam saatlarında bir qrup şəxs bir neçə il əvvəl həmin gün klinik ölüm keçirmiş 48 yaşlı azərbaycanlının “ikinci doğum günü”nü qeyd etmək üçün “Slavyansk” adlı restoranın yaxınlığındakı qaraja toplaşıblar.

Tədbirin səbəbkarı qonaqlardan biri ilə mübahisə edib. 38 yaşlı qonaq mübahisə zəminində həmyerlisinin sinəsinə bıçaq zərbəsi endirib. Zərərçəkmiş xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR