Abşeronda maşın aşıb, 1 nəfər ölüb

Abşeronda maşın aşıb, 1 nəfər ölüb
# 29 avqust 2016 10:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 28-də saat 13.00 radələrində Abşeron rayonunun Çaylı kəndində baş verib.

Ağdaş rayon sakini Gündüz Adıgözəlov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə G.Adıgözəlovun sərnişini, Sumqayıt şəhər sakini Vüsalə Kazımova hadisə yerində ölüb.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR