Sadaxlıda toyda zəhərlənənlərin hamısı xəstəxanadan evə buraxılıb

Sadaxlıda toyda zəhərlənənlərin hamısı xəstəxanadan evə buraxılıb
# 02 sentyabr 2016 19:13 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Sadaxlıda toyda zəhərlənənlərin hamısı xəstəxanadan evə buraxılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həkimlər xəstəxanada qeydiyyatdan keçən 180 nəfərin sağlam olduğunu, bəzilərinin evdə müalicə aldıqlarını bildiriblər.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin yoluxucu xəstəliklərin üzrə rəhbəri Xatuna Zaxaşvili avqustun 29-da Sadaxlıda toy məclisində zəhərlənənlərin sağlam olduğunu və onların həyatının təhlükədə olmadığını bildirib.

Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev APA-ya açıqlamasında zəhərlənənlərin içində 25-30 uşaq olduğunu bildirib. Onun sözlərinə görə, artıq həm kiçik yaşlı uşaqlar, qadınlar üçün heç bir həyati təhlükə yoxdur.

Məlumata görə, hələlik toyda iştirak edən Sadaxlı və bir neçə qonşu kəndlərdə yaşayan soydaşlarımızın zəhərləndikləri toy məclisindən götürülən yemək və içkilərin laboratoriya analizlərinin yekunu yaxın günlərdə məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR