Suriyada Rusiyaya məxsus hərbi helikopterin vurulduğu rəsmən təsdiqlənib

Suriyada Rusiyaya məxsus hərbi helikopterin vurulduğu rəsmən təsdiqlənib
# 01 avqust 2016 14:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Rusiyaya məxsus Mi-8 tipli hərbi helikopterin Suriyada vurulması xəbəri təsdiqlənib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi hərbi helikopterin Suriyanın İdlib şəhərində müxalifət qüvvələri tərəfindən vurulduğunu təsdiqləyərək, hərbi helikopterdə 5 hərbçinin olduğunu bəyan edib. Hərbi helikopterdəki ekipaj üzvlərinin hamısı ölüb.

“Röyters” xəbər agentliyi “Əl-Nüsra” cəbhəsi üzvlərinin helikopter vurulandan sonra onun ətrafında sevinərkən çəkilmiş fotolarını yayımlayıb.

Qeyd edək ki, 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlar həyata keçirən Rusiyanın indiyə kimi 15 əsgəri öldürülüb. Bundan başqa, iyul ayının əvvəllərində Humusda Rusiyaya məxsus hərbi helikopter İŞİD tərəfindən vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR