Rusiya samboçuları Türkiyədə keçiriləcək Avropa Çempionatına qatılmayacaq

Rusiya samboçuları Türkiyədə keçiriləcək Avropa Çempionatına qatılmayacaq
# 27 noyabr 2015 19:40 (UTC +04:00)

Bakı-APA. Rusiya samboçuları İstanbulda, dekabrın 4-dən 7-dək keçiriləcək Avropa Çempionatına qatılmayacaq.

APA-nın “Hürriyət”-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Sambo Federasiyasının prezidenti Maksim Borisov bildirib.

Onun sözlərinə görə, yaşanan son hadisələrlə əlaqədar Türkiyəyə getməmək qərarı verilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Sambo Federasiyasının fəxri prezidentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR