Qobustan rayonunda fermada yanğın olub

Qobustan rayonunda fermada yanğın olub
# 23 noyabr 2015 21:13 (UTC +04:00)

Bakı-APA. Qobustan rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Qaracüzlü kəndində (rayon mərkəzindən 23 km aralı) vətəndaşa məxsus fermanın ərazisində yığılmış 60 ton ot bağlamasının 30 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR