Azərbaycan güc strukturlarının birgə istintaq qrupu: Ermənistanın insanlıq əleyhinə cinayətlər törətdiyi müəyyənləşdirilib

Azərbaycan güc strukturlarının birgə istintaq qrupu: Ermənistanın insanlıq əleyhinə cinayətlər törətdiyi müəyyənləşdirilib
# 24 fevral 2016 10:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı indiyə kimi 7 mindən çox şahid, 26 min nəfərə yaxın zərərçəkmiş dindirilib”.

APA-nın xəbərinə görə, bunu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə istintaq qrupunun üzvü Ülvi Əhmədov deyib. O bildirib ki, 23 600 nəfərdən çox zərərçəkmiş şəxs, habelə zərərçəkmişin hüquqi varisi tanınıb: “809 müxtəlif ekspertiza təyin edilib. Eyni zamanda, çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib”.

Ü. Əhmədov qeyd edib ki, aparılan cinayət işləri üzrə Ermənistanın sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətdiyi müəyyənləşdirilib: “Ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə, qanunsuz silah saxlama, cinayət barədə məlumat verməmə və s. cinayətlər törətmiş 296 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb, məhkəmə qərarına əsasən barələrində həbs qəti imkan tədbiri seçilib və onların axtarışları ilə əlaqədar müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi təmin edilib”.

Ü. Əhmədov əlavə edib ki, həmin 296 nəfər təqsirləndirilən şəxsdən 3-ü rus, 1-i ukraynalı, 14-ü erməni milliyyətindən olmaqla, 18 nəfəri 366-cı alayın hərbi qulluqçuları, 18 nəfəri daxili işlər orqanlarının, 11 nəfəri keçmiş DTK orqanlarının əməkdaşları olub: “Digərləri isə keçmiş partiya və sovet orqanlarında, təhsil, iaşə, nəqliyyat, kənd təsərrüfatı və müxtəlif sahələrdə çalışan vətəndaşlar olub”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR