Əli Əkbər Vilayəti: "İran-Rusiya münasibətləri təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir"

Əli Əkbər Vilayəti: "İran-Rusiya münasibətləri təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir"
# 03 fevral 2016 11:12 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “İran-Rusiya münasibətləri qlobal və regional təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsm edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında səfərdə olan İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti Rusiya Strateji Araşdırmalar İnstitutunda keçirilən dəyirmi masada çıxışında deyib.

“İran və Rusiyanın qədim tarixi var. Bizim münasibətlərimiz regional və qlobal səviyyədə təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir. Rusiyanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirdik, əlaqələri bundan sonra da davam etdirmək niyyətindəyik”, - deyə Ə. Vilayəti söyləyib.

Qeyd edək ki, Ə. Ə. Vilayəti Rusiya TƏhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə, prezidentin köməkçisi Yuri Uşakovla və prezidentin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Alkesandr Lavrentiyevlə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR