Sorğu: Tramp Klintonu 1 faiz qabaqlayır

Sorğu: Tramp Klintonu 1 faiz qabaqlayır
# 03 sentyabr 2016 01:01 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp rəqibini, demokratların namizədi Hillari Klintonu 1% qabaqlayır.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Tramp seçicilərin səsinin 40 faizini, Klinton isə 39 faizini toplaya bilər.

Son rəy sorğusu avqustun 26-dan sentyabrın 1-dək keçirilib. Qeyd olunur ki, milyardçı Tramp seçkiqabağı kampaniya çərçivəsində indiyədək iki dəfə, may ayı və iyulun sonunda, Klintonu geridə qoya bilib.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR