Almaniya səfiri: “Almaniya ATƏT-ə sədrliyi dövründə “dondurulmuş” münaqişələrə diqqət ayıracaq”

Almaniya səfiri: “Almaniya ATƏT-ə sədrliyi dövründə “dondurulmuş” münaqişələrə diqqət ayıracaq”
# 11 yanvar 2016 08:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Almaniyanın ATƏT-dəki sədrliyi dövründə sülh və təhlükəsizlik əsas prioritet olacaq”.

APA-nın məlumatına görə, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib. O bildirib ki, üç gündən sonra Almaniya xarici işlər naziri ATƏT Daimi Şurasında prioritetləri açıqlayacaq: “Almaniya sədrliyi “dondurulmuş” adlandırdığımız davam edən münaqişələrə, o cümlədən sizin də cəlb olunduğunu münaqişəyə diqqət ayıracaq”.

Səfir Almaniyanın üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına da böyük diqqət yetirəcəyini söyləyib: “Bu istiqamətdə müxtəlif konfrans, biznes forumlar keçiriləcək. Onlar bütün üzv ölkələr üçün açıq olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR