Bakıda milli musiqi alətlərinə həsr olunmuş konfrans keçirilib

Bakıda milli musiqi alətlərinə həsr olunmuş konfrans keçirilib
# 19 may 2016 13:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Milli musiqi alətlərinin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması” mövzusunda elmi-praktiki konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən muzeyin direktoru Alla Bayramova milli musiqi alətləri sahəsində aparılan işlərdən, alətlərin təkmilləşdirilməsindən danışıb. O qeyd edib ki, rəhbərlik etdiyi muzey bu sahədə aidiyyəti təşkilatlarla mütəmadi əlaqə saxlayır, tədbirlər təşkil edir.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Lalə Hüseynova, musiqi alətləri üzrə mütəxəssis Məmmədəli Məmmədov və başqaları milli musiqi alətlərinin qorunması və təkmilləşdirilməsini mədəniyyət sahəsinin ən vacib amili kimi dəyərləndiriblər, bu sahədə mövcud olan problemlərə nəzər salıblar.

Tədbirdə təkmilləşmiş və yeni yaranan musiqi alətlərində - yaylı qopuzda, bəm kamanda, akkord tarda nümunələr səslənib, muzeyin salonunda musiqi alətlərinin sərgisi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR