Dövlət Kino-Foto Sənədləri Arxivinə prezidentin mətbuat xidmətidən 26509 fotosənəd daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə prezidentin mətbuat xidmətidən 26509 fotosənəd daxil olub
# 09 oktyabr 2015 10:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə Azərbaycan Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə 26509 saxlama vahidi fotosənəd daxil olub.

Milli Arxiv İdarəsindən APA-ya verilən məlumata görə, 2007-2009-cu illəri əhatə edən sənədlər dövlət başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramında (2004–2008–ci illər) nəzərdə tutulan işlərin başa çatması münasibətilə keçirilən tədbirlərdə iştirakını, beynəlxalq səviyyədə keçirilən sammitlərdə, konfranslarda, görüşlərdə iştirakını və çıxışlarını, 22 xarici dövlətin dövlət və hökumət başçıları ilə görüşlərini, rəsmi qəbullarını, səhiyyə ocaqlarının, mədəniyyət mərkəzlərin, zavod və fabriklərin, metro stansiyasının, Olimpiya kompleksinin, hərbi hissənin istifadəyə verilməsində rəmzi lent kəsilməsini, milli bayramlarda əhali ilə görüşlərini, türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında iştirakını və çıxışını, Gəncə, Göygöl, Şəmkir, Quba, Qusar, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Füzuli, Ağdam, Beyləqan, Şirvan, Qazax və digər rayon və şəhərlərə səfərlərini əks etdirir.

Hazırda arxivdə qəbul olunmuş fotosənədlərin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir fotosənədin qısa, müfəssəl məzmunu hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR