İrandan Azərbaycana xeyli miqdarda narkotik keçirən şəxslərə hökm oxunub

İrandan Azərbaycana xeyli miqdarda narkotik keçirən şəxslərə hökm oxunub
# 20 sentyabr 2017 11:00 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasından narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmaqda təqsirləndirilən Mahir Bayraməliyev və Ramiz Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Bayraməliyevin 14 il, R. Cabbarovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il sentyabrında Qızıldaş qəsəbəsində gömrük əməkdaşları tərəfindən saxlanılıblar. Onların avtomobilindən 9 kiloqrama yaxın narkotik vasitə tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR