AZAL iki futbolçu ilə rəsmən vidalaşıb

AZAL iki futbolçu ilə rəsmən vidalaşıb
# 22 dekabr 2016 08:38 (UTC +04:00)

Ölkə kubokunda mübarizəni dayandıran AZAL iki futbolçu ilə yollarını rəsmən ayırıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in vidalaşdığı hər iki oyunçu legionerdi.

Çinli müdafiəçi Brayn Fokun AZAL-da qalmayacağı hələ əvvəldən məlum idi. Komandanın baş məşqçisi Tərlan Əhmədova lazım olmayan futbolçu ölkəsinə yola salınıb.

Onunla yanaşı, Adan Koronado da Topaz Premyer Liqasının autsayderini tərk edib. Amerikalı futbolçunun AZAL ilə mövsümün sonuna qədər müqaviləsi olsa da, o, şəxsi problemlərini əsas gətirərək, komandadan ayrılmaq istəyib. Rəhbərlik də buna razı olub. Qarşılıqlı razılıq əsasında Koronadonun AZAL ilə müqaviləsinə xitam verilib.

Məlumatı əməkdaşımızla söhbətində klubun vitse-prezidenti Fikrət Hüseynov da təsdiqləyib: “Fok baş məşqçiyə lazım olmadığı üçün göndərildi. Koronadonu isə saxlamaq istəyirdik. Lakin anasının vəziyyətinin yaxşı olmadığını əsas gətirərək, getmək istədiyini dedi. Biz də buna qarşı çıxmadıq”.

Qeyd edək ki, Adan Koronado ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində dünən “Qəbələ” ilə matça start heyətində çıxmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR