Brent markalı neftin qiyməti 54 dolları keçib

Brent markalı neftin qiyməti 54 dolları keçib
# 01 dekabr 2016 20:38 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci ilin oktyabrın 9-dan bu vaxtadək ilk dəfə olaraq 54 dolları keçib.

APA-nın xəbərinə görə, saat 20.05-ə olan məlumata görə, Brent markalı neftin 1 barelinin dəyəri 3,99 faiz artaraq 53,92 dollar olub, bundan bir az əvvəl isə qiymət 54,02 dollaradək qalxmışdır.

WTI neftinin yanvar füçersləri isə 3,90% artaraq 1 barelə görə 51,37 dollar təşkil edib.

Qeyd edək ki, neftin kəskin bahalaşmasına səbəb OPEK-ə üzv olan ölkələrin hasilat həcminin məhdudlaşdırılmasına dair qərar qəbul etməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR