“Fənərbaxça” prezidenti sui-qəsdlə hədələnib

“Fənərbaxça” prezidenti sui-qəsdlə hədələnib
# 20 yanvar 2017 20:14 (UTC +04:00)

“Fənərbaxça” prezidenti Aziz Yıldırım sui-qəsdlə hədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, Yıldırıma bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib. O isə bu xəbərdarlıqdan nəticə çıxararaq bəzi tədbirlər görüb. Hətta ölkə mətbuatı iddia edir ki, klub prezidenti bir aydır zirehli avtomobildə gəzir.

Ona dövlət tərəfindən rəsmi qorumalar da təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR