Ukraynada qatar minik avtomobili ilə toqquşub

Ukraynada qatar minik avtomobili ilə toqquşub
# 30 iyul 2018 05:00 (UTC +04:00)

Ukraynada sərnişin qatarı minik avtomobili ilə toqquşub.

APA-nın “Qromadske” saytına istinadən verdiyi xəbərə görə, hadisə Kiyev vilayətində qeydə alınıb.

Sərnişin qatarının “Reno” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtomobildə olan iki nəfər ölüb. İlkin məlumata əsasən, sürücü bağlı olan keçiddən keçmək istəyərkən qatar maşını vurub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR