Səfir: “Avropa İttifaqı ölkələri arasında azərbaycanlı tələbələr ən çox İtaliyaya üz tutur”

Səfir: “Avropa İttifaqı ölkələri arasında azərbaycanlı tələbələr ən çox İtaliyaya üz tutur”
# 06 oktyabr 2017 16:27 (UTC +04:00)

“İtaliya və Azərbaycan universitetləri arasındakı əlaqələr yüksək səviyyədədir. Bu il 500-dən çox azərbaycanlı tələbə təhsil almaq üçün İtaliyaya yola düşüb”.

APA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.

Səfir qeyd edib ki, İtaliya Avropa İttifaqı ölkələri arasında azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkədir: “Universitetlərimiz arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycanlı tələbələr oxumaq üçün daha çox İtaliyaya üz tutur və bu baxımdan İtaliya Avropa İttifaqı ölkələri arasında birinci yer tutur”.

Azərbaycanlı tələbələrin İtaliyaya getmək üçün viza ala bilməməkləri ilə bağlı şikayətlərinə gəldikdə isə səfir bunu münasibət bu il ölkəsində təhsil almaq istəyən tələbələrin sayı ilə əlaqələndirib. “Bu il üçün çoxlu sayda azərbaycanlı tələbə müraciət etdiyindən viza verilməsində problem yaşanıb”.

Diplomat onu da bildirib ki, İtaliyanın Azərbaycanla energetika sahəsində sıx əlaqələri var: “Çalışacağıq ki, bu əməkdaşlığı daha da gücləndirək. Məqsədimiz odur ki, bu əlaqələri digər sahələrdə də yayaq, şirkətləri bura cəlb edək və mədəni tədbirlərin sayını artıraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR