Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - <span style="color: red;">VİDEO
# 23 iyul 2017 17:01 (UTC +04:00)

Bu gün Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi Bakıya gəlib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR