Ötən ay sığortaçılara daşınmaz əmlakın icbari sığortasından 2,2 mln. manat daxil olub

Ötən ay sığortaçılara daşınmaz əmlakın icbari sığortasından 2,2 mln. manat daxil olub
# 03 noyabr 2017 08:49 (UTC +04:00)

2017-ci ilin oktyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 10 929 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan (İSB) "APA-Economics"ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 mln. 207,063 min manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 8225-i yaşayış evləri və mənzillər, 145-i inzibati binalar, 2559-u isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 42% azalma, sığorta haqlarının məbləğində isə 25% artım müşahidə edilib.

Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanmış müqavilələrin sayı 352, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 20,790 min manat təşkil edib.

Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanmış, sığorta haqlarının həcmi 930 manat olub.

Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR