Pirallahı Sənaye Parkında 17 mln. dollarlıq istehsal müəssisəsi yaradılır

Pirallahı Sənaye Parkında 17 mln. dollarlıq istehsal müəssisəsi yaradılır
# 20 oktyabr 2017 15:37 (UTC +04:00)

Bu gün Bakıda keçirilən Azərbaycan-Ukrayna işgüzar görüş çərçivəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Ukraynanın "İndar" şirkəti arasında memorandum imzalanıb.


"APA-Economics" xəbər verir ki, müqaviləyə əsasən Pirallahı Sənaye Parkında 3 hektar ərazidə, infuziya və inyeksiya məhlullarının beynəlxalq standartlara (GMP) uyğun istehsalı üzrə müəssisənin yaradılacaq.

İnvestisiya dəyəri 17 mln. dollar olan layihə çərçivəsində 350-yə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR