Baş Prokuror Kamran Əliyev ötən il Azərbaycanda cinayətkarlığın dinamikasını açıqlayıb.
APA xəbər verir ki, Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında deyib ki, ötən il Azərbaycanda mənimsəmə və israf etməklə bağlı 219, oğurluqla bağlı 6207, dələduzluqla bağlı 3414, soyğunçuluqla bağlı 200, zorlama və zorlamağa cəhdlə bağlı 26, quldurluqla bağlı 100, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8571 cinayət faktı qeydə alınıb.