Narkotik dövriyyəsində təqsirləndirilən biznesmenə hökm oxunub

Narkotik dövriyyəsində təqsirləndirilən biznesmenə hökm oxunub
# 31 iyul 2017 09:15 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Şükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslərin hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

Şükür Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır. Onun İsmayıllıda dəri biznesi ilə məşğul olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR