Azərbaycanda Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib - VİDEO

Azərbaycanda Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib - <span style="color: red;">VİDEO
# 10 sentyabr 2015 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.

Nəticədə F. Hüseynov yeməkxanadan götürdüyü bıçaqla H. Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qətllə bağlı məlumatı ilk olaraq haqqin.az saytı yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR