Sabah qaz kəmərləri sahələrində aparılacaq təmir işləri bir neçə rayonda qaz təchizatını məhdudlaşdıracaq

Sabah qaz kəmərləri sahələrində aparılacaq təmir işləri bir neçə rayonda qaz təchizatını məhdudlaşdıracaq
# 11 avqust 2015 15:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Avqustun 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Mədrəsə”, “Şamaxı”, “Ələt” və ''Qobustan'', Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xaçmaz” və “Xudat”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Goranboy”, Astara Magistral qaz kəmərləri sahəsinin ''Günəşli'', “Göytəpə” və ''Xarxatan'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Məlumata görə, təmir müddətində Cəlilabad rayonunun Günəşli, Alar, Qarazəncir, Göytəpə, Lənkəran rayonun Liman, Boladil, Separadi, Şağlaser kəndlərinin, həmçinin Ələt və Qobustan qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Naftalan, Goranboy, Şamaxı, Xaçmaz və Xudat rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR