Özünü MTN polkovniki kimi təqdim edən qadının məhkəməsi başlayır

Özünü MTN polkovniki kimi təqdim edən qadının məhkəməsi başlayır
# 02 oktyabr 2017 05:41 (UTC +04:00)

Dələduzluqda təqsirləndirilən Aygün Akimova və tanışı İlham Baxışovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

APA-nın xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə oktyabrın 4-də baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Akimova 12 il, İ. Baxışov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olublar.

Xatırladaq ki, cinayət işi üzrə istintaqa şahid qismində AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev də ifadə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR