Bakı-Quba yolunda 2 maşın toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Quba yolunda 2 maşın toqquşub, 5 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 01 avqust 2017 13:13 (UTC +04:00)

Bu gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində “Toyota Prado”nun sürücüsü, 20 yaşlı Abdulla Mirzəyev, onun sərnişinləri - 37 yaşlı Cəmilə Mirzəyeva, 62 yaşlı Nailə Bayramova, 27 yaşlı Yelena Bayramova, eləcə də yük maşının sürücüsü, 33 yaşlı Elşad Heydərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

***

10:25

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Toyota-Prado” markalı avtomaşınla “Zil” markalı yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR