Sabirabadda avtomobil piyadanı vurub

Sabirabadda avtomobil piyadanı vurub
# 26 noyabr 2017 17:04 (UTC +04:00)

Sabirabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Füzuli rayon sakini Qaraş Quliyev idarə etdiyi “Qazel” markalı, “19 BH 087" nömrə nişanlı avtomobillə yolu keçən Nəsimi kənd sakini, 30 yaşlı Hadıyev Bilal Akif oğlunu vurub. Yaralı Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şirvan şəhər polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR