Gürcüstanın Müstəqillik günündə ABŞ-dan alınan hərbi texnika nümayiş etdiriləcək

Gürcüstanın Müstəqillik günündə ABŞ-dan alınan hərbi texnika nümayiş etdiriləcək
# 24 may 2018 10:00 (UTC +04:00)

Mayın 26-da - Gürcüstanın Müstəqllik günündə Tbilisinin Azadlıq meydanında hərbi texnika, silah və avadanlıqların sərgisi keçiriləcək.

APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, sərgidə ABŞ-dan alınan yeni “Javelin” tank əleyhinə daşınan raket kompleksi də nümayiş etdiriləcək.


Müstəqillik günündə 123 gənc əsgərin andiçmə mərasimi keçiriləcək.

Tbilisi ilə yanaşı, hərbi texnika Telavi, Rustavi, Marneuli, Qori, Kutaisi və digər şəhərlərdə də sərgilənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR