Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub
# 30 yanvar 2017 08:48 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Arif Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Novruzov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 22 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Qardağ rayonu, Lökbatan qəsəbəsində baş verib. A. Novruzov ailə münaqişəsi zəmində Nurlana Novruzovanı bıçaqlayıb. N. Novruzovanı xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR