“PASHA Bank Georgia” III rübü mənfəətlə başa vurub

“PASHA Bank Georgia” III rübü mənfəətlə başa vurub
# 23 oktyabr 2017 09:05 (UTC +04:00)

“Paşa Bank Georgia”nın aktivlərinin həcmi 2017-ci ilin III rübündə 277,664 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,13% azdır.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,86% azalaraq 91,183 mln. lari olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 2,55 dəfə artaraq 12,608 mln. lariyə çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 6,73% artaraq 100,400 mln. lariyə çatdığı halda, nizamnamə kapitalı 103 mln. lari səviyyəsində qalıb.

Hesabat dövründə bankın gəlirləri 18,145 mln. lariyə, xərcləri isə 13,530 mln. lari olub.

Cari ilin III rübünü bank 6 mln. 559 min lari mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR