ABŞ bu il Əfqanıstanda əməliyyatlara 45 milyard dollar sərf edəcək

ABŞ bu il Əfqanıstanda əməliyyatlara 45 milyard dollar sərf edəcək
# 07 fevral 2018 08:29 (UTC +04:00)

ABŞ sentyabrın 30-da başa çatacaq 2018-ci maliyyə ilində Əfqanıstandakı əməliyyatlara 45 milyard dollar sərf edəcək.

APA-nın "life.ru" saytına istinadən verdiyi məlumata görə, bunu Pentaqon rəhbərinin köməkçisi Rendal Şrayver Senatın Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib. Əfqanıstandakı Amerika hərbi kontingentinin saxlanılmasına 13 milyard dollar, əfqan hərbi və təhlükəsizlik qüvvələrini dəstəklənməsinə 5 milyard dollar, Əfqanıstana iqtisadi yardım üçün 780 milyon dollar sərf olunacaq. Qalan məbləğ nəqliyyat və digər məqsədlərə xərclənəcək.

R. Şrayver Əfqanıstyandakı problemin təkcə hərbi yolla həllinin mümkün olmadığını da söyləyib. Lakin o qeyd edib ki, danışqılar masasına əyləşməzdən əvvəl "Taliban" Kabul küçələrində insanları partlatmaqdan vaz keçməlidir.

Qeyd edək ki, hazırda Əfqanıstanda 15 min ABŞ əsgəri var. 2001-ci ildən bu ölkədə 2,3 mindən çox ABŞ əsgəri ölüb, 20 mindən çoxu isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR