Mağazadan içərisi pulla dolu seyf oğurlanıb

Mağazadan içərisi pulla dolu seyf oğurlanıb
# 22 fevral 2019 10:51 (UTC +04:00)

Cəbrayıl rayon Polis Şöbəsi (Biləsuvar rayonu) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini Q.Qurbanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Biləsuvar rayonu 6 saylı qəsəbədə yerləşən mağazasından içərisində 6875 manat olan seyfin, kassada olan 357 manat pulun və tütün məmulatlarının oğurlandığını bildirib. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakinləri Y.Abbasov və R.Həşimov saxlanılıb. İçərisində olan pulu götürdükdən sonra su kanalına atdıqları seyf də aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR