Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə Ağsuda vətəndaşları qəbul edib
# 22 sentyabr 2017 10:57 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün Ağsu rayon Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin binasında vətəndaşları qəbul edib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəbulda Ağsu, Göyçay, Ucar və Kürdəmir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Görüşdə vətəndaşlar əsasən ali təhsil müəssisələrinin boş qalan yerləri, magistratura, təhsil haqlarının ödənilməsi, buraxılış və qəbul imtahanları ilə bağlı qəbul olunan yeniliklər, dövlət qulluğuna qəbul və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR