Mikayıl Cabbarov: “UFAZ-da magistr pilləsinin təşkili ilə bağlı birgə müzakirələrdən sonra qərar veriləcək”

Mikayıl Cabbarov: “UFAZ-da magistr pilləsinin təşkili ilə bağlı birgə müzakirələrdən sonra qərar veriləcək”
# 15 sentyabr 2017 13:33 (UTC +04:00)

“Hər bir ali məktəbdə magistr pilləsi üzrə ixtisaslar həmin müəssisənin özü tərəfindən müəyyənləşdirilir”. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil alan gənclərin gələcəkdə hansı ixtisaslar üzrə magistr təhsili ala biləcəyini indidən demək çətindir: “Söz verə bilmərəm ki, onlar bakalavr təhsilini bitirdikdən sonra magistraturaya qəbul ola biləcəklər. Amma Azərbaycan-Fransız Universitetində magistratura pilləsinin təşkili ilə bağlı hazırda müzakirələr aparılır. İnanırıq ki, yekunda universitetlərin potensialı ölçülərək və tələbələrin istəyi nəzərə alınaraq bu barədə qərar veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR