Nazir müavini: "Azərbaycan plastik məhsullarla bağlı problemin həlli üçün tədbirlər görür"

Nazir müavini: "Azərbaycan plastik məhsullarla bağlı problemin həlli üçün tədbirlər görür"
# 01 iyun 2018 08:51 (UTC +04:00)

Bakıda birdəfəlik plastik məhsulların istifadəsinin zərərlərinə dair forum keçirilib.

APA-nın məlumatına görə, Böyük Britaniya səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts bildirib ki, plastik məhsullara yanaşmanı dəyişmək lazımdır. O deyib ki, bu məsələ lokal səviyyədə həll edilməlidir: "Bu işə aktiv şəkildə media, dövlət orqanları və xüsusilə vətəndaşlar cəlb olunmalıdır".

Tədbirdə çıxış edən Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolson deyib ki, plastik məhsullar hər kəs tərəfindən istifadə olunur və bunun istifadəsi son illər daha da artıb: "İnsanların maarifləndirilməsi uzun zaman tələb edir. Biz plastik məhsulların nə dərəcədə zərərli olduğunu anlamırıq. Dövlətlər, insanlar bu problemi həll etmək istəməlidirlər. Elm adamları bu problemin həll yolunu tapmalıdır".

Azərbaycan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova plastik məhsulların müasir dünyanın qarşısında bir problem olduğunu söyləyib: "Plastik məhsullar ekosistemi məhv edir. Azərbaycan bu problemlə mübarizə istiqamətində müəyyən tədbirlər görür. Biz meşələrimizin plastik məhsullarla çirklənməsinin qarşısını alırıq. Bu problemi addım-addım həll etmək lazımdır. Onda daha effektli olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR