"Xalq Sığorta"nın öhdəlikləri 25% artıb

"Xalq Sığorta"nın öhdəlikləri 25% artıb
# 31 mart 2017 07:25 (UTC +04:00)

"Xalq Sığorta" ASC ötən il aktivlərini artırıb. "APA-Economics" şirkətin yaydığı hesabata əsasən xəbər verir ki, "Xalq Sığorta"nın məcmu aktivləri 2015-ci illə müqayisədə 4,1% artaraq 54 mln. 139,202 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 6 mln. 700,115 min manat, qısamüddətli aktivləri 47 mln. 439,087 min manat təşkil edib.


İl ərzində şirkətin cəmi öhdəlikləri 25,47% azalaraq 9 mln. 380,536 min manat olub. 2016-cı ildə şirkətin uzunmüddətli öhdəlikləri 9 mln. 364,930 min manat, qısamüddətli öhdəlikləri isə 15,606 min manat təşkil edib.


Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı 21,14% artaraq 39,388 mln. manat, cəmi kapitalı isə 13,53% artaraq 44 mln. 758 min 666 manat təşkil edib.

2016-cı ildə "Xalq Sığorta"nın cəmi gəlirləri 18 mln. 256 min 763,63 manat, cəmi xərcləri 11 mln. 584 min 233 manat olub.


Şirkət ötən ili 6 mln. 672 min 530,56 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR