“AzNar”ın öhdəlikləri 68 mln. manata yüksəlib

“AzNar”ın öhdəlikləri 68 mln. manata yüksəlib
# 06 iyul 2018 07:47 (UTC +04:00)

“AzNar” QSC ötən il üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics xəbər verir ki, “AzNar”ın aktivlərinin həcmi ötən il 54 mln. 996,440 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,67 dəfə çoxdur. Ötən il QSC-nin uzunmüddətli aktivləri 25 mln. 349,852 min manat, qısa müddətli aktivləri isə 29 mln. 646,588 min manat təşkil edib.

Hesabat dövründə “AzNar”ın cəmi öhdəlikləri 4,31% artaraq 67 mln. 813,366 min manat olub.

Şirkətin cəmi kapitalı 2017-ci ildə 17,38% azalaraq -12 mln. 816,936 min manata enib.

Qeyd edək ki, “AzNar” hesabat dövrünü 19,795 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR