Depozit hərracında tələb təklifi 6 dəfə üstələyib

Depozit hərracında tələb təklifi 6 dəfə üstələyib
# 20 noyabr 2017 08:47 (UTC +04:00)

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.


Mərkəzi Bankdan “APA-Economics”ə verilən xəbərə görə, tələb 623,35 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 6,23 dəfə üstələyib.

Qeyd edək ki, bugünkü depozit hərracında 100 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR