Əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər
# 09 iyul 2018 08:40 (UTC +04:00)

İyulun 6-dan “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olunub.

Dövlət Miqrasiya Xidmətindən APA-ya verilən məlumata görə, bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.

“ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir. Ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR