Gəncədə qəzaya düşən sürücü döyülüb

Gəncədə qəzaya düşən sürücü döyülüb
# 04 sentyabr 2017 08:58 (UTC +04:00)

Gəncədə sürücü döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gədəbəy rayon İnəkboğan kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elzamin Ədalət oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, E. Abbasov Gəncədə avtomobili ilə hərəkətdə olarkən başqa bir avtomobil arxadan ona çırpılıb. Qəzadan sonra digər avtomobilin sürücüsü yerə düşərək, E. Abbasovu döyüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR