"Azər-Türk Bank" Bakıda filial şəbəkəsini genişləndirir

"Azər-Türk Bank" Bakıda filial şəbəkəsini genişləndirir
# 20 avqust 2015 07:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azər-Türk Bank” ASC-nin “Yasamal” filialının açılışı olub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi - 89 ünvanında, iki mərtəbəli binada yerləşən, ən müasir avadanlıqlarla təchiz edilmiş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılıb. Filial həftə içi hər gün saat 09:30-dan 17:00-a kimi müştərilərin xidmətindədir.

Filialın müdiri Adil Gözəlov bildirib ki, fiziki və hüquqi şəxslər burada geniş çeşidli bank məhsul və xidmətlərindən faydalana bilərlər: “Kreditlərin alınması, əmanət yerləşdirilməsi, ölkə daxili və xarici pulköçürmələri, ödəniş kartlarının əldə edilməsi, eləcə də bir çox digər bank xidmət və məhsulları üçün bura müraciət etmək olar”.

Bu, “Azər-Türk Bank”ın cari il ərzində Bakı şəhərində açdığı ikinci yeni xidmət ofisidir. Bir neçə ay əvvəl Bankın digər bir filialı da müasir bankçılıq texnologiyalarına uyğun qurulmuş yeni binada müştərilərin istifadəsinə verilib. İlin sonuna kimi bank paytaxtda və ölkəmizin regionlarda daha bir neçə yeni filialın da açılmasını planlaşdırır.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR