Siyəzəndə iki yük avtomobili toqquşub, ölən var

Siyəzəndə iki yük avtomobili toqquşub, ölən var
# 31 avqust 2017 06:57 (UTC +04:00)

Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. “MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədi çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 03:30-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR