Lənkəranda yeni doğulan əkizlərin ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB

Lənkəranda yeni doğulan əkizlərin ölümünün səbəbi açıqlanıb     - <span style="color: red;">YENİLƏNİB
# 09 yanvar 2018 09:21 (UTC +04:00)

Lənkəranda doğum evində baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova APA-ya bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda yüksək təzyiqi olub: “Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar həm yarımçıq olduğundan, həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar”.

Uşaqların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

***

12:08

Lənkəranda yeni dünyaya gələn körpələr ölüb.

APA-nın cənub bürosunun xəbərinə görə, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilən Masallı rayon sakini Məmmədova Alidə Tofiq qızı vaxtından əvvəl bir qız, bir oğlan dünyaya gətirib.

Əkiz körpələr doğuşdan bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR