Fənn müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Fənn müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib
# 07 iyul 2017 13:48 (UTC +04:00)

Bu gün 6 və 7-ci sinif şagirdləri arasında keçirilən Respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə bildirilib ki, bu ilin mart ayından başlayan fənn müsabiqələri riyaziyyat fənni üzrə 6-cı sinif, fizika, kimya, biologiya, informatika fənləri üzrə isə 7-ci sinif şagirdləri arasında II mərhələdən ibarət olmaqla keçirilib. Müsabiqənin I mərhələsində respublikanın bütün bölgələrindən 14 000 nəfərə yaxın şagird iştirak edib. Müsabiqələrdə şagirdlərə test və açıq tipli tapşırıqların cavablandırılması üçün 2 saat vaxt ayrılıb. II mərhələdə iştirakçılar həm fərdi, həm də komanda hesabında yarışıb və buna uyğun olaraq nəticələr elan edilib. II mərhələdə Bakı şəhəri 12, Sumqayıt şəhəri 3, Mingəçevir və Şirvan şəhərləri 2, digər şəhər və rayonlar 1 komanda ilə təmsil olunub. Ümumilikdə ikinci mərhələyə 1400 nəfərə yaxın şagird qatılıb. Nəticədə 16 komanda və 110 şagird qalib elan olunub.

Tədbirin sonunda qaliblərə mükafatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR