“Məktəb seminarları” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib

“Məktəb seminarları” layihəsi çərçivəsində sonuncu tədbir keçirilib
# 03 noyabr 2016 14:41 (UTC +04:00)

Bu gün Səbail rayonundakı 189-190 nömrəli tam orta məktəbdə “Məktəb seminarları” layihəsi çərçivəsində sonuncu təlim-seminar təşkil olunub.

APA-nın xəbərinə görə, təlim-seminar çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan “Məktəb seminarları” layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, məktəblərin “Öyrənən məktəb-öyrənən təşkilat” kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR